Tunisin Qabes şəhərinin limanı yaxınlığında gəmi batıb.
Buta.media xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu mülki müdafiə idarəsindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilərək, vəziyyəti stabil olaraq Qabes xəstəxanasına çatdırılıb.
Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.