Təyyarədə qadın üstündə əlbəyaxa dava düşdü - VİDEO

Qlazqodan Tenerifeyə uçan “Ryanair” təyyarəsində kuryoz anlar yaşanıb. Sərxoş sərnişinlər təyyarədə ayaqqabısız gəzən qadına görə dava salıblar.

 
 Daily maili xəbər verir ki, kişilərdən biri təyyarənin göyərtəsində ayaqyalın gəzən qadına sataşıb. Gənclərdən biri isə bu kobudluğuna görə ona irad bildirib. Söz savaşı daha sonra davaya çevrilib.
 
Tenerife şəhərində eniş edən laynerin sərxoş sərnişinləri polis tərəfindən saxlanılıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ