“Moskva” kreyseri batdı - Rusiya Müdafiə Nazirliyi

Rusiyanın Qara dənizdə flaqmanı sayılan “Moskva” kreyseri yedəkləmə zamanı batıb.

Buta.media-nın xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“Döyüş sursatının partlaması nəticəsində baş verən yanğın zamanı zədələnən “Moskva” kreyseri təyinat limanına çatdırılarkən yan sabitliyini itirib. Dənizdə fırtınalı hava şəraitində yedəkləmə zamanı kreyser batıb”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna tərəfi Qara dənizdə “Moskva” Rusiya HDQ-nin “Moskva” raket kreyserinə hücum etdiyini etdiyini və gəmini batırdığını açıqlayıb.

Odessa vilayətinin administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, kreyseri Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raketlə vurublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ