Siçanlar batan gəmidən qaçır: Yakuninin oğlu Putinə qarşı çıxdı

“Rusiya Dəmir Yolları” holdinqinin sabiq rəhbəri və Vladimir Putinin dostu Vladimir Yakuninin oğlu Andrey Yakunin İtaliyanın La7 telekanalına müshibəsində bəyan edib ki, Ukraynadakı müharibəyə qarşıdır.

Buta.media xəbər verir ki, onun sözlərini The İnsider nəşri sitat gətirir.

“Bir çox rusiyalı Ukraynaya hərbi müdaxiləyə qarşı çıxır, mən onlardan biriyəm”, - Yakunin deyib və əlavə edib ki, heç vaxt prezident Vladimir Putin və onun partiyasına səs verməyib.

Qeyd edək ki, Böyük Britaniyanın aprelin 13-də tətbiq etdiyi sanksiyalarla Vladimir Yakuninin aktivləri dondurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ