Avropa bir neçə mərhələdə Rusiya neftinin idxalına qadağa qoymağı planlaşdırır

Avropa İttifaqı Almaniya və digər Aİ ölkələrinə alternativ tədarükçülər tapmaq üçün vaxt vermək üçün bir neçə mərhələdə Rusiya neftinin idxalına qadağa qoymağı planlaşdırır, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Fransada aprelin 24-nə təyin edilmiş prezident seçkilərinin yekun mərhələsi keçirilməyənə qədər neft embarqosu Aİ ölkələri arasında danışıqlar üçün irəli sürülməyəcək.

Avropa Birliyi Rusiya kömürünün ixracını qadağan edərkən, dörd aylıq keçid müddətini nəzərdə tutan oxşar yanaşma nümayiş etdirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ