Pentaqon Qara dənizdəki “Moskva” kreyseri il bağlı təfərrüatları açıqladı

Pentaqonun sözçüsü Con Kirbi CNN-ə deyib ki, həqiqətən də Rusiyanın "Moskva" kreyserində partlayış olub, lakin hələlik ABŞ Ukrayna tərəfinin iddia etdiyi kimi gəminin raketlə vurulub- vurulmadığını müəyyən edə bilmir.

“Biz nə baş verdiyinə tam əmin deyilik. Təxmin edirik ki, bu kreyserdə partlayış baş verib - ən azı bir partlayış və gəmiyə ciddi ziyan vuran kifayət qədər böyük partlayış olub”, - ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, gəmi Odessadan təxminən 60 mil cənubda sudadır. Onun təmir üçün Sevastopola gedəcəyi güman edilir.

Aprelin 14-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, kreyser ya “səriştəsizliyə” görə, ya da ukraynalıların uğurlu hücumundan sonra ciddi zədələnib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ