Finladiya NATO-ya üzv olarsa Rusiya nə edəcək? - Medvedev açıqladı

Finlandiya və İsveç NATO-ya daxil olarsa, Rusiya sərhəddə quru qoşunlar və hava hücumundan müdafiə sistemlərini gücləndirəcək, həmçinin Fin körfəzində hərbi-dəniz qüvvələrinin sayını əhəmiyyətli dərəcədə artıracaq.

Buta.media-nın xəbərinə görə, bunu RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“İsveç və Finlandiya NATO-ya qoşulmağın mümkünlüyünü müzakirə edirlər. Alyans onları “ağ əlləri altına” qəbul etməyə hazırdır - ən qısa müddətdə və ən minimal bürokratik prosedurlarla”, - Medvedev bəyan edib.

Bununla yanaşı RF Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Moskva baş verənlərə emosiyasız, soyuq başla reaksiya verməlidir. Onun sözlərinə görə, alyansa daxil olan ölkələrin sayı heç bir əhəmiyyət kəsb etmir, lakin İsveç və Finlandiyanın NATO-ya daxil olması, alyansın Rusiya ilə quru sərhədini iki dəfə artıracaq.

Belə vəziyyətdə RF öz sərhədlərini möhkəmləndirməyə məcburdur. 

“Belə olanda Baltikyanı ölkələrin heç bir nüvəsiz statusundan söhbət gedə bilməz -  balans bərpa olunmalıdır. Bu günə qədər Rusiya belə addımlar atmayıb və atmaq niyyətində olmayıb”, - Medvedev yekunlaşdırıb.

Aprelin 13-də Finlandiyanın baş naziri Sanna Marin bəyan edib ki, yaxın bir neçə həftə ərzində ölkə parlamenti respublikanın NATO-ya daxil olması barədə qərar qəbul edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ