Rusiya hərbi kolonu pusquya düşdü - Bütün texnika məhv edildi - FOTO

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyainatlı dəstələri İzyumda Rusiya hərbi texnikası ilə birgə körpünü partladıblar.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna SQ-nin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilir ki, Rusiya orudusunun “Tiqr”, KamAZ və üç “Ural” maşını Xarkov vilayətinin İzyum şəhərində məhv edilib.

“Rusiya hərbi kolonunun marşrutunu müəyyən etdikdən sonra Ukrayna hərbçiləri mühəndis pusqusu qurublar. Partlayıcı maddəni müəyyən yerə qoyduqdan sonra hərbçilərimiz düşməni gözləyiblər. Körpü Rusiya texnikası ilə birlikdə partladılaraq bütün hərbi kolon məhv edilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ