Ukrayna ordusu Qara dənizdə Rusiya HDQ-nin “Moskva” raket kreyserinə hücum edib.
Odessa vilayətinin administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, kreyseri Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raketlə vurublar və gəmiyə ciddi ziyan dəyib.
Ukrayna prezidenti ofisinin məsləhətçisi Aleksey Arestoviç qeyd edib ki, hadisə nəticəsində gəmidə yanğın başlayıb.
“Göyərtədə 510 nəfər var. Başa düşmürük, ya iki matros qadağan olunmuş yerdə siqaret çəkib, ya da gəmi ekipaji təhlükəsizlik qaydalarını pozub. Belqorodun bəxti gətirmədiyi kimi, “Moskva”nın da bəxti gətirmədi”, - o deyib.
Arestoviç əlavə edib ki, “Moskva” kreyseri İlan adasında keçirilən əməliyyatda iştirak edib və məhz bu gəmi ilə məşhur “Rus hərbi gəmisi *****!” ifadəsi bağlıdır.