Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqi, oliqarx və müxalif siyasətçi Viktor Medvedçuk FTX əməkdaşlarının onu gözlədiyi Ukrayna sərhədini keçməyə cəhd edərkən saxlanılıb.
Bu barədə Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov bildirib.
"Onlar Ukrayna Silahlı Qüvvələrinin hərbçisi kimi geyinmiş Medvedçuku qayıqla sərhədə aparmaq istəyirdilər, orada onu gözləyən qrup Moskvaya aparılmalı idi. Medvedçuk yolda saxlanılıb. Onu öz əməllərinə görə məsuliyyət daşıyacaq Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər”, - deyə Bakanov əlavə edib.
Xüsusi xidmət rəisi qeyd edib ki, Medvedçukun saxlanılması üzrə əməliyyatın təfərrüatını hələlik təqdim edə bilmir.
"Bu, bir aydan çox davam edən mürəkkəb, təhlükəli xüsusi əməliyyat idi. Prezident tapşırıq verdi. Çoxlu analitik, gizli iş aparıldı. Onu xaricə aparmağa çalışdılar. Bu işə kriminal aləmin liderlərini və korrupsioner hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəlb etdilər”, - deyə Bakanov deyib.