Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanov İsrail vətəndaşlığı alıb.
Buta.media-nın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan Telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, Qod Nisanov 1972-ci ilin aprelin 24-də Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədə doğulub.
1990-cı ildə “AST” kampaniyasında işləyib, daha sonra 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə “Moskva” ticarət mərkəzini açıb.
2005-ci ildə isə “Biskvit” şirkətini və “Ukrayna" hotelini alıb, 2006-cı ildə isə “Avropa” hotelini açıb. 2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.
Rəsmi məlumata əsasən, 2021-ci ildə Qod Nisanovun sərvəti 3,4 milyard dollar təşkil edirdi.