Milyonlarla avropalı Rusiya ilə əlaqədən imtinaya görə əziyyət çəkirlər - Putin

Milyonlarla avropalı Rusiya enerji resurslarından imtinaya görə artıq öz rifahlarının pisləşməsini hiss ediblər.

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıqdan imtina edən ABŞ-da artıq əziyyət çəkməyə başlayıb, son aylarda Birləşmiş Ştatlarda inflyasiya sürətlə artır.

Putin həmçinin əlavə edib ki, Rusiya Qərbin sanksiyalarına cari və perspektivdə olan vəzifələrin icrası ilə bağlı tempi artırmaqla cavab verməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ