Mariupolda mindən çox ukraynalı hərbçi əsir düşdü - 47-si qadındır

Mariupolda İliç adına metallurgiya kombinatı rayonunda Ukrayna Silahlı Qüvvələrinin 1026 hərbçisi könüllü şəkildə silahı yerə qoyaraq təslim olublar.

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsir düşənlər 36-cı dəniz piyadaları briqadasının hərbçiləridir, onların arasında 162 zabit var. 

Təslim olanların 150-nə tibbi yardım göstərilib. Xəsarət alanlar Mariupol şəhər xəstəxanasına yerləşdiriliblər.

Konaşenkov əlavə edib ki, əsir götürələnlərdən 47-si qadındır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ