Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda faəliyyət göstərən Rusiya sülhməramlılarının hərəkətlərindən narazıdır.
Buta.media-nın xəbərinə görə, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı deyib.
“RF sülhməramlı kontingenti Qarabağa Ermənistan parlamentinin deputatlarını buraxmaması çaşqınlıq yaradır”, - deyə Paşinyan bəyan edib.
Onun sözlərinə görə, bu cür praktika 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəlarına ziddir.
“Sülhməramlıların nəzarəti altında olmayan ərazilərdə deputatların hərəkətlərinə mane ola bilməzlər”, - baş nazir vurğulayıb.