Paşinyan: Azərbaycanla qısa zamanda sülh müqaviləsi imzalamalıyıq

Azərbaycan və Ermənistan tez bir zamanda sülh müqaviləsi imzalamalıdırlar.

Buta.media-nın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“Brüsseldə üçtərəfli görüşdə mən razılaşdım ki, Azərbaycan və Ermənistan XİN sülh müqaviləsinin hazırlıqlarına başlasınlar. Müddətlər və format dəqiqləşdirilməli və müzakirə edilməlidir. Bizim planımızda müqavilənin tez bir zamanda imzalanması var”, - baş nazir deyib.

Bununla belə Paşinyan qeyd edib ki, sülh müqaviləsinin imzalanması, eləcə də sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı problemlər var. 

“Biz rəsmi Bakı və Yerevanın delimitasiya ilə bağlı mövqelərini dəqiqləşdirməliiyk. Aprelin 30-na qədər komissiyanın tərkibi müəyyənləşməlidir”, - Paşinyan əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ