Ukraynada Putnin yaxını həbs edildi

Vladimir Zelenskinin Telegram kanalı Viktor Medvedçukun saxlandığını elan edib. 

Medvedçukun kamuflyaj kostyumunda stulda oturduğu və əlləri qandallı olduğu fotoşəkilin başlığında deyilir:

"UTX-nin xüsusi əməliyyat keçirib. Əla! Daha ətraflı məlumat bir qədər sonra".

Qeyd edək ki, Medvedçukun 17 yaşlı qızı Dariyanın xaç atası Rusiya prezidenti Vladimir Putindir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ