Putin Ukraynadakı müharibə barədə - Başqa yolumuz yox idi

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynada keçirilən “xüsusi əməliyyata” alternativ yox idi.

Buta.media-nın xəbərinə görə, Putin bu barədə aprelin 12-də “Vostoçnı” kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib.

“Görünür, bizim başqa seçimimiz olmayıb. Bu düzgün addım idi”, - Rusiya lideri qeyd edib.

Putin əmindir ki, “Donbasın müdafiəsi üzrə əməliyyat” məqsədlərinə nail olacaq. 

“Belə də olacaq. Şübhə yoxdur ki, Silahlı Qüvvələr qarşıya qoyulan məqsədlərə nail olacaq. Məqsədlər tamamilə başa düşüləndir, onlar nəcibdir”, - Putin qeyd edib.

Dövlət başçısı əlavə edib ki, əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir. 

“Biz qəbul edirik ki, bunu etmək lazım idi. Çünki Qərbin hərəkətə gətirdiyi Kiyev hakimiyyəti problemlərin sülh yolu ilə həllinə yönəlmiş Minsk razılaşmalarına əməl etməkdən imtina etmişdi”, - prezident əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ