Putin Ukrayna ilə müharibənin müddətindən danışdı

Ukraynada “xüsusi əməliyyat” Baş Qərargahın planı üzrə gedir. 

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Əməliyyatın gedişinə qaldıqda isə. Mən hazırda suallar eşidirəm ki, tezləşdirmək olar? Olar. Bu döyüşlərin intensivliyi ilə bağlıdır, döyüşlərin intensivliyi isə, təəssüflər olsun ki, itkilərlə bağlıdır”, - dövlət başçısı deyib.

Putin həmçinin qeyd edib ki, Rusiyanın məqsədi minimum itkilərlə qarşıya qoyulan bütün hədəflərə çatmaqdır. O əlavə edib ki, “xüsusi əməliyyat” “ritmik və sakit” şəkildə davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ