Türkmənistanda qadınlara dodaq böyütmək və dırnaq qoymaq qadağan edildi

Türkmənistanın Marıysk vilayətinin Bayraməli şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları yerli gözəllik salonlarına xəbərdarlıq ediblər. 

Buta.media-nın məlumatına görə, salon sahiblərinə qadınlara və qızlara göstərilən bəzi xidmətlərin qadağan olunduğunu bildiriblər.

Qadağalar əsasən, botoks prosedurlarına, üz qırışlarının hamarlanması, kirpik uzadılması, dodaq böyüdülməsi və dırnaq qoyulması ilə bağlıdır.

Qeyd olunur ki, polis əməkdaşları tərəfindən qadağanı təsdiq edən heç bir sənəd təqdim olunmayıb, səbəblər izah edilməyib.

Lakin onlar xəbərdarlıq ediblər ki, qadağanı pozan qadınlar 300-500 manat məbləğində cərimələnəcəklər.

“Bu xidmətləri göstərən ustalar isə 500-1000 manat məbləğində cərimə və ya 15 sutka həbs cəzası gözləyir”, - salon işçilərindən biri deyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ