16 yaşlı qızı küçədə hamının gözü qarşısında zorladılar - Rusların Buça vəhşilikləri

Rusiyalılar Kiyev ətrafından geri çəkildilər, lakin dərin yaraları olan, və bəlkə heç vaxt bu travmadan düzəlməyəcək həyatları qoyub getdilər. 

Buta.media xəbər verir ki, BBC nəşri Ukraynada rusiyalılar tərəfindən təcavüzə məruz qalan qadınlarla görüşüb, onlardan hadisələrin necə baş verdiyini öyrənib.

Kiyevdən 70 kilometr kənarda yaşayan 50 yaşlı Anna deyir ki, martın 7-də həyat yoldaşı ilə olarkən rusiyalılar evə girdilər. 

“Tapança ilə hədələyərək məni qonşu evə apardı. Əmr etdi ki, soyun, yoxsa səni güllələyəcəm. Sonra izə məni zorlamağa başladı”, - qadın danışır.

Anna ona təcavüz edən şəxsin çeçen döyüşçüsü olduğunu iddia edir:

“O məni zorlayarkən daha dörd əsgər içəri girdi. Fikirləşdim ki, sonum çatıb, lakin onlar mənə təcavüz edəni otaqdan çıxardılar”. Qadın hesab edir ki, onu Rusiya xüsusi təyinatlıları xilas edib.

Anna evə qayıdıb və həyat yoldaşının qarın nahiyəsindən yaralandığını görüb:

“O məni xilas etmək üçün ardımca qaçmışdı, lakin həyat yoldaşımı qarından vurmuşdular”. Anna deyir ki, hərbi əməliyyatların davam etməsinə görə, həyat yoldaşını xəstəxanaya apara bilməyiblər, iki gündən sonra o vəfat edib.

Qadın bildirir ki, bundan sonra onun evində bir neçə gün rusiyalı əsgərlər qaldılar: 

“Məni tapança ilə hədələyərək, ərimin paltarlarını götürdülər. Çox vaxt içkili və ya nəşəli olurdular. Çoxları oğru, təcavüzkar və qatil idi, aralarında çox az sayda normal insan olurdu”.

Annanın qonşuları daha bir tükürpədici hadisə danışırlar.

İddia olunur ki, 40 yaşlı qadın zorlanaraq öldürlüb. Qonşular bildirirlər ki, bu hadisəni də Annaya təcavüz edən şəxs törədib. 

“Qadının 40 yaşı var idi. Onu qonşu evin yataq otağına apardılar. Bahalı ev cinayət yerinə çevrildi. Döşək və yorğanda qan ləkələri var idi. Küncdə isə pomada ilə güzgüyə qadının rusiyalı əsgərlər tərfindən dəfn olunduğu yazılmışdı”.

Qonşu Oksana deyir ki, onu burada rusiyalı əsgərlə tapıblar və dəfn ediblər:

“Onlar dedilər ki, qadın zorlanıb sonra isə boğazı kəsilib”. Qadını evin bağında basdırıblar.

BBC jurnalistlərinin səfərindən bir gün sonra, polis onun cəsədini çıxararaq ekspertizaya göndərib. Meyit paltarsız, boğzada dərin xəsarətlə tapılmışdı.

Kiyev vilayətinin polis rəsisi Andrey Nebıtov daha bir qandonduran hadisə baradə danışır.

Kiyevdən 50 km aralıda üç nəfərdən ibarət ailə - 30 yaşlı cütlük və azyaşlı övladları - yaşayırdı.

“Martın 9-da evə bir neçə rusiyalı əsgər girib. Kişi həyat yoldaşını və uşağını qorumaq istəyirdi. Onu evin həyətinə çıxarıb güllələyiblər. Bundan sonra iki əsgər qadını zorlayıb. Onlar gedib qayıdırdılar. Qadını hədələyirdilər ki, müqavimət göstərsə oğlunu öldürəcəklər. Övladını qorumaq üçün qadın müaqavimət göstərmirdi. Ruslar buradan gedəndən sonra evi yandırıblar.

Qadın oğlu ilə polisə müraciət edib. Nebıtov deyir ki, hazırda həmin evin yalnız çöl divarları qalıb. 

Qadının həyat yoldaşını qonşular bağda basdırıblar. Polis işi beynəlxalq məhkəməyə verməyi planlaşdırır.

Ukrayna İnsan Hüquqları üzrə Müvəkkili Lüdmila Denisova deyir ki, bir neçə belə hadisə sənədləşdirilib.

“Buçanın işğalı zamanı 14 yaşdan 24 yaşa qədər 25 qız və qadın evlərin birinin zirzəmisində sistematik olaraq zorlanıblar. Onlardan doqquzu hamilə qalıb. Rusiyalı əsgərlər onlara deyiblər ki, sizi o qədər zorlayacağıq ki, heç bir kişi münasibətdə ola bilməyəcəksiniz, ukraynalı uşaq dünyaya gətirməyəcəksiniz”.

L.Denisova deyir ki, hər gün qaynar xəttə bir neçə zorlanma faktı ilə bağlı zəng gəlir.

“25 yaşlı qadın zəng edib bildirib ki, onun 16 yaşlı bacısı küçədə hamının gözü qarşısında təcavüzə məruz qalıb. Qadın bildirib ki, ruslar “biz hər bir nasist fahişəsini zorlayacağıq” deyə qışqırırdılar”.

Ombudsman istəyir ki, BMT Rusiya prezidenti Vladimir Putin üçün xüsusi tribunal təşkil etsin.

“Mən Putindən soruşmaq istəyirəm, niyə bu baş verir?”, - zorakılığa məruz qalan Anna deyir, -  Başa düşmürəm. Biz daş dövründə yaşamırıq, niyə o danışıqlar apara bilmir. Niyə işğal edir və öldürür?”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ