Aprelin 11-də Rusiya “Birinci kanal”ının çəkiliş qrupu Mariupolda reportaj hazırlayan zaman atəş altına düşüb.
Buta.media-nın xəbərinə görə, hadisə nəticəsində kanalın müxbiri İrina Kuksenkova qəlpə yarası alıb.
Teıekanaldan bildirilib ki, çəkiliş qrupunun operatoru Dmitri Kaçurin və səs operatoru Nikita Sevastyanov xəsarət almayıblar.
Qeyd olunur ki, jurnalistlər Ukrayna tərəfindən qumbaratanla atəşə tutulublar. Bir neçə qəlpə Kuksenkovanın ayağından dəyib. Ona hadisə yerində yardım edilib.
Xatırladaq ki, martın 23-də The Insider nəşrinin jurnalisti Oksana Baulina Kiyevdə həlak olub.