Rusiya Ukraynada kimyəvi silahdan istifadə etdi - VİDEO

Donetsk vilayətinin Mariupol şəhərində ruslar hərbçilərə və mülki şəxslərə qarşı zəhərli maddədən istifadə ediblər.

Buta.media Ukrayna KİV-ə istinadən xəbər verir ki, ilkin ehtimala görə Rusiya ordusu zarin maddəsindən istifadə ediblər.

Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.

Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.

“Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib”, - “Azov”un xəbərində deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ