ABŞ Rusiya orudusnun hazırkı hədəfləri açıqladı

Rusiya Donbassdakı tədarüklərini artırmağa və qüvvələrini gücləndirməyə çalışır. 

Bunu şimaldan İzyum şəhərinə yaxınlaşan nəqliyyat hərbi karvanı sübut edir, CNN ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsinə istinadən yazır.

Nümayəndə həmçinin bildirib ki, Rusiyanın Donetskin cənub-qərbində, ilk növbədə artilleriya bölmələri ilə mövqelərini gücləndirmək cəhdinə dair sübutlar var.

Nümayəndənin sözlərinə görə, ABŞ bunun Donbasda “yeni hücum” olduğuna inanmır. Onlar bunu Rusiya tərəfinin “öz imkanlarını gücləndirmək və inkişaf etdirmək işi” adlandırırlar.

Ukrayna Baş Qərargahının son hesabatında Rusiya ordusunun “Donetsk və Luqansk vilayətlərinin ərazilərinin tam ələ keçirilməsi” planlarından əl çəkmədiyi bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ