“Dostluq səfəri deyil”. Avstriya kansleri Karl Nehammer Putinlə danışıqlar haqqında

Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinlə Novo-Oqaryovoda danışıqları “birbaşa, açıq və sərt adlandırıb və bunun “dostluq səfəri” olmadığını qeyd edib. 

Bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti Nehammerin ofisinə istinadən məlumat yayıb.

Görüş zamanı kansler Ukraynadakı hərbi cinayətlər və günahkarların cəzalandırılmasının vacibliyi mövzusuna toxunub. Nehammer həmçinin “Ukraynada insanlar öldüyünə qədər” Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını və sərtləşdiriləcəyini açıqlayıb.

“Ancaq mənim Putinə ən mühüm mesajım o idi ki, bu müharibə nəhayət başa çatmalıdır, çünki müharibədə hər iki tərəf yalnız uduzanlar olur”, – qəzet kanslerin sözlərindən sitat gətirir.

İndi Vyana avropalı tərəfdaşlarını Putinlə danışıqlar barədə məlumatlandırmaq niyyətindədir.

Rusiya tərəfi hələlik görüşlə bağlı şərh verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ