Ruslar, qorxmayın, qafqazlılar hər şeyi həll edəcək - Dağıstan Ukraynadan ən çox tabut qəbul edən bölgədir

Ukraynada müharibə başlayandan Dağıstan Rusiyanın ən çox itki verən bölgələrindən biri hesab edilir. Rəsmi Moskvanın məlumatına görə, RF SQ müharibədə 1351 nəfər itki verib (rəqəmlər martın 25-dən yenilənmir), Ukrayna tərəfinin məlumatına əsasən isə Rusiya ordusu 19 mindən çox hərbçisini itirib. “Meduza”nın məlumatına görə, Dağıstandan ölən əsgərlərin sayının yüzlərlə olduğu ehtimal olunur. 

“Biz azad insanlar deyilik”

Anonimliyini saxlanmasını istəyən dağıstanlı müəllim bildirib ki, uşaqlıdan “qardaş” sözündən qorxur.

“Əgər kimsə yaxınlaşır və “qardaş” deyirsə, demək ki, səni aldadıb qarət etmək istəyir. İndi isə növbəti dəfə “qardaş xalq” eşidəndə başa düşdüm ki, söz birləşmələrində də eyni qayda işləyir”

Bir müddət əvvəl məktəblilər lövhədə Z hərfini çəkdilər və nümayişkaranə dərsləri oxumaqdan imtina etdilər. Aşağı qiymət alanda isə, məktəb rəhbərliyinə bildirdilər ki, guya müəllim onlara “partiotiZm”a görə qisas alır.

Lövhədə Z çəkən şagirdlər bəyan ediblər ki,  Putin gücdür, Rusiya tezliklə qələbə qazanacaq, müəllimi isə düşmən kimi 15 il müddətinə həbs edəcəklər və nədənsə əlavə ediblər ki, “Aleksey Navalnı kimi”. Pedaqoq işdən çıxmaq istəyib, lakin sonradan digər şagirdlərin olduğunu nəzərə alaraq fikrini dəyişib.

İdman və hərbi iş dağıstanlıların əsas gəlir mənbəyidir

İdmanla yanaşı Dağıstanda hərbi xidmət əsas sosial liftlərdən sayılır. Burada hərbi xidmətə çağırış kvota ilə məhdudlaşdırılıb, buna görə müddətdən artıq xidmətə qəbul olunmaq üçün dağıstanlılar hətta rüşvət verirlər. 2022-ci ilin mart ayından etibarən Dağıstanda müharibədə iştirak üçün müddətli hərbi qulluqçuların çağırışı başlanıldı. Onlara 177 min rubldan (sıravi əsgər üçün) 215 min rubla qədər (baş gizir) məvacib təklif edilir. Qeyd edək ki, respublikada orta aylıq əmək haqqı 32 min rubl, işsizlik səviyyəsi isə rəsmi olaraq 15 faiz təşkil edir.

“RİA Dağıstan”ın martın 18-ə olan məlumatına görə, “son bir həftədə 300 dağıstanlı ilə müqavilə bağlanıb”. 

Ukrayna ilə müharibənin ilk günlərindən Dağıstana tabutlar gəlməyə başladı. “Çernovik” nəşrində təkcə iki nekroloqda - 11 və 18 mart tarixlərində - 35 nəfərin adı qeyd olunub. 

“Qafqaz reallıqları” nəşrinin martın 23-nə olan məlumatına əsasən, müharibədə respublikanın 60 sakini həlak olub, qeyri-rəsmi məlumatlara görə isə ölənlərin sayı yüzdən çoxdur. Dağıstan Ukraynada itkilərin sayına görə respublikalar arasında birinci yerdədir. 

Kişilərin dünyası

Kani dağ kəndində hazırda 30 ailə yaşayır - şərait ağırdır, çoxları düzənliyə köçüblər. Yerli sakinlərin sözlərinə görə, buradan müharibəyə 20 kişi yollanıb. Fevralın 24-də kənd sakini 25 yaşlı Nurməhəmməd Hacıməhəmmədov Ukraynada döyüşlərdə həlak olub. Bundan əvvəl o Suriyada döyüşüb. Rəsmi məlumata görə, yaralı Hacıməhəmmədov mühasirəyə düşüb və özünü ukraynalılarla birgə partladıb. 

“O neonasistlərə görə bu addımı atıb. Çünki onlar əsirlərə işgəncə verirlər”, - Rusiya prezidenti Vladimir Putin Nurməhəmməddən danışarkən deyib. Martın üçündə prezident Hacıməhmmədova Rusiya Qəhrəmanı adını verib. Bundan sonra Dağıstanda onun təsviri olan lövhələrə qurublar.

“Onun uşaqlığı bu evdə keçib. Əsl dağlı idi. Allah onu cənnətlə sevindirəcək. Həyatı çox sevirdi, tərbiyəli idi. Dağları da çox sevirdi - hər tətil gələndə yeni hündürlüyü fəth edirdi. Həyat yoldaşı ilə heç bir il yaşamadı. Fevralın 20-də qızı oldu, 24-də isə özü bu dünyadan köçdü. Uşağını hətta qucağında tutmadı. Ordudan sonra Dağıstana qayıtmaq istəyirdi. Deyirdi ki, dağlara köçüb təsərrüfatla məşğul olacaq”, - Nurməhəməddin kiçik dayısı Malik deyir.

“O əsl igid idi”, - Nurməhəmmədin digər dayısı Murad danışır. - İdman, güləşlə məşğul olurdu. Hələ yeniyetmə olanda hərbçi olacağını bildirdi. O, heç vaxt öz yoldaşını, silahdaşını atıb getməzdi. Buna görə də vətənini qorumağa getdi”. 

Jurnalistin “niyə Nurməhəmməd vətənini qorumaq üçün Ukraynaya getmişdi?” sualına Murad qısaca cavab verdi: “Şərhsiz”.

Dağıstanda müharibəyə getmək motivləri siyasət və puldan çox uzaqdır. Qohumların sözlərinə görə, bir çoxları hesab edirlər ki, evdə oturmaq kişilikdən deyil. 

“Əsl oğlan, dostlarının müharibədə olduğu vaxt, qorxaq olmamalıdır. Misal üçün bir gənc Ukraynaya qarşı neytral mövqedə idi, lakin dostu müharibəyə gedəndə, o da könüllü yazıldı”, - yerli sakinlərdən biri danışır.

Qadınların dünyası

Kani kəndindən biraz kənarda Kuli yaşayış məntəqəsində 21 yaşlı Mahmud Çannanovun vəfatını hələ də ağlayırlar. O, fevralın 28-də Ukraynada döyüşlərdə ölüb və “İgidliyə görə” medalı ilə təltif olunub. Yaxınları danışırlar ki, Mahmud futbolçu olmaq istəyirdi, və özü üçün iş axtarırdı.

Mahmudun atası ailəni çoxdan atıb, buna görə onu ana tərəfindən olan qadınlar böyüdüblər - anası Şəmsiyyət, nənəsi Liza və xalası Hədicət.

“Orduya özü getmək istədi. Ana və nənəsi razılaşdılar. Hərbi biletsiz kişiyə işə düzəlmək çətindir”, - Hədicət danışır, - kürəyində isə oğlunu tutur, dağ kəndlərində uşaqları ənənəvi belə saxlayırlar ki, əllər iş üçün boş olsun.

“Əvvəlcə şikayət edirdi. Ölümünə yaxın isə mənə və nənəsinə dedi ki, artıq hərb işini xoşlamağa başlayıb. Kökəlmişdi, kişiləşmişdi və bu zaman Allah onu bizdən apardı. Onu heç görmədik, yalnız fotolarda”, - Hədicət danışır və əlavə edir ki, Mahmud heç vaxt Ukraynaya qaynar nöqtələrə gedəcəyini demirdi.

“Deyirdi biz dəstək olacağıq. Sonuncu dəfə nənəsinə fevralın 23-də zəng edib və deyib ki, telefonları yığıblar və müvəqqəti əlaqəyə çıxa bilməyəcək”.

Döyüşlər haqda qadınlar teleproqramlardan xəbər tutublar. İlk ölənlər haqda məlumatlar yayılanda onlar qorxmağa başlayıblar. Fevralın 28-də səhər saatlarında ana özü oğlunun komandirinə zəng edib, sonuncu hər şeyin qaydasında olduğunu bildirib. Növbəti gün işdən sonra Şəmsiyyət telefonu Hədicətə verib ki, bir az istirahət etsin. Xalası tezliklə acı xəbəri alıb - “Mahmud ölüb”.

“O mənim tək oğlum idi, - Şəmsiyyət göz yaşlarını silir, - Əvvəllər müharibəyə evin tək oğlunu aparmırdılar. Niyə belə oldu? Mən axı gənc deyiləm. İndiyə qədər “Whatsap”da oğlumun onlayn olmasını gösləyirəm”.

Mahmudun qohumları sosial şəbəkələrdə ukraynalıların şərhlərindən inciyirlər:

“O heç vaxt uşaqlara əl vurmazdı, - Şəmsiyyət əmin edir. O vətəninə xidmət edirdi, and içmişdi. Bu onun vəzifəsi idi, işi idi”. 

İndi isə ana və nənə Mahmudun hərbiyə getməsinə razılıq vermələrinə görə özlərini bağışlaya bilmirlər. “Bilsəydik, onu məcburi ordan götürərdik. Anası çox əziyyət çəkmişdi, - 21 yaşında...”

“Qafqazlılar hər şeyi edəcək”

Aprelin 4-də Mahmudun qohumlarını digər ölən şəxslərin yaxınları ilə birgə Dağıstan rəhbəri Sergey Melikov qəbul edib. O, ana və atalara igid oğlanlar böyütdükləri üçün təşəkkür edib və bildirib ki, ölənlərin ailələrinə respublikanın fondundan 50 milyon rubl köçürülüb.

***

Mahaçqalada dənizin kənarında istirahət edən şəxslərin içindi bir yaşlı kişi müharibədən danışır. Yaxınlıqdan keçən moskvalıdan müharibəyə qarşı olduğunu eşidən qoca onu sakitləşdirib: “Siz ruslar heç nəyə görə narahat olmayın. Qafqazlılar hər şeyi həll edəcək. Vətən, Stalin və Putin naminə

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ