Rusiya növbəti zərbə - 20 aviaşirkətə Avropaya uçuş qadağan olundu

Avropa İttifaqı 20 Rusiya aviaşirkətini hava təhlükəsizliyi ilə bağlı qara siyahıya salıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Söhbət “Avrora”, “Aviastar-Tu”, “İjavia”, “Yakutiya”, “Rusdjet”, “YUVT Aero”, “S7 Airlines”, “Smartavia”, “İrAero”, “Ural hava yolları”, “Alrosa”, “Nordstar”, “RusLayn”, “Yamal”, “Nordwind Airlines”, “Pegas Fly”, “Pobeda”, “Aeroflot”, “Rusiya” və “Utair” aviaşirkətlərindən gedir.

Siyahıya daxil edilən şirkətlərə Aİ dövlətlərinin ərazisinə uçuşlar və bu dövlətlərin səmasından istifadə etmək qadağan olunub. Qeyd edilir ki, qərar istifadədə olan təyyarələrin Rusiya yurisdiksiyasının qeydiyyatına keçirilməsi ilə bağlıdır.

“Qeyd etmək istəyirəm, bu qərar Rusiyaya qarşı növbəti sanksiya addımı deyil. Sənəd yalnız texniki və təhlükəsizlik məsələlərinə görə qəbul olunub. Biz təhlükəsizliyi siyasətlə qarışdırmırıq”, - Aİ-nin nəqliyyat işləri üzrə komissarı Adina Valean deyib.

Qeyd edək ki, mart ayında Rusiya prezidenti Vladimir Putin xarici təyyarələrin özəlləşdirilməsi ilə bağlı qanun imzalayıb. Sənədə əsasən Rusiya aviaşirkətlərində lizinq əsasında olan təyyarələrə uçuş sertifikatı verilib. Bundan sonra bir çox Rusiya aviaşirkəti təyyarələrini ölkə reyestrinə daxil ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ