Yelena Zelenskaya: Həyat yoldaşımı müharibə başlayandan görməmişəm

Volodmir Zelenskinin ailəsinə dövlət başçısının ofisində qalmağa icazə verməyiblər. Müharibə başlayandan prezident həyat yoldaşı və uşaqları ilə yalnız telefon vasitəsilə danışır.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zeleskaya “Vogue” jurnalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın hücumuna son dəqiqəyə qədər inanmırdı:

“Mən səhər saat 4-5 radələrində partlayış səslərinə oyandım. Həyat yoldaşım çarpayıda yox idi, o artıq paltarını geyinmişdi və mənə sadəcə “Başlandı” dedi”. 

Yelena bildirib ki, Zelenski ona paltar və sənədlərini yığmağı məsləhət görüb. Daha sonra prezident evdən çıxdı və göstərişləri gözləməyi xahiş etdi:

“İlk günlərdə ümid edirdim ki, onunla qala biləcəm. Lakin prezident ofisini hərbi obyektə çevirdilər. Mənə uşaqlarımla birgə orada qalmağa icazə vermədilər. Bizi təhlükəsizlik yerə köçürdülər, elə həmin zamandan Volodimirlə yalnız telefonla danışırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ