Gürcüstan Rusiyaya qarşı yeni döyüş cəbhəsi açacaq? - Qaribaşvili aydınlıq gətirdi

Gürcüstan Rusiyaya qarşı ikinci döyüş cəbhəsini açmayacaq.

Buta.media-nın xəbərinə görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili bəyan edib.

“Gürcüstanda heç bir ikinci cəbhə olmayacaq. Biz buna icazə verməyəcəyik”, - siyasətçi qeyd edib. Qaribaşvili əlavə edib ki, hökumət ölkədə təhlükəsizliyi və sabitliyi qorumaq niyyətindədir. 

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov Kuril adalarında, Kaliniqradda və Gürcüstanda Rusiyaya qarşı cəbhələrin açılmasını təklif edib. Onun fikrincə, bu cəbhələr Ukraynaya Rusiyaya qarşı müharibədə əhəmiyyətli dərəcədə kömək edə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ