Kadırov Putinin Ukrayna ilə bağlı qoyduğu hədəfləri açıqladı - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti dəfə Kiyevə hücumdan danışıb.

Buta.media-nın xəbərinə görə, o, bu barədə öz Telegram kanalında çıxışı zamanı deyib.

Kadırov Donetsk və Luqanskın “azad edilməsi” ilə bağlı planları açıqlayıb.

“Luqansk və Donetski azad edəcəyik, bu hədəf Vladimir Putin tərəfindən qoyulub. Daha sonra isə Kiyev və digər şəhərləri götürəcəyik”, - o bəyan edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ