Conson və Zelenski Kiyev küçələrində gəzdilər - FOTO / VİDEO

Aprelin 9-da Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Buta.media xəbər verir ki, baş nazirin Ukraynaya səfəri barədə əvvəldən məlumat verilməmişdi.

“Təəssüflər olsun ki, qəhrəmanlarımız hər gün cəbhədə rus işğalçılarına qarşı mübarizədə həlak olur, lakin Böyük Britaniya kimi sadiq dostlarımızın köməyi ilə biz hər gün qələbəyə daha da yaxınlaşırıq. Ukraynaya səfərinə və onu dəstəklədiyinə görə Boris Consona təşəkkür edirəm. Biz qalib gələcəyik, başqa yolumuz yoxdur!”, - deyə Zelenski görüş zamanı bildirib.

Britaniya baş nazirinin ofisi bəyan edib ki, London Kiyevə 120 zirehli maşın və yeni gəmi əleyhinə raket kompleksləri verəcək. 

Danışıqlardan sonra Zelenski və Conson Kiyevə küçələrində gəziblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ