Yalnız Putin müharibəni dayandıra bilər - Zelenski

Prezident Volodimir Zelenski bəyan edib ki, Ukraynanın Vladimir Putnilə danışıqlar masasına əyləşməkdən başqa çıxış yolu yoxdur. Çünki müharibəni yalnız o dayandıra bilər.

Buta.media-nın xəbərinə görə, Zelenski bu barədə Bild nəşrinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, rusiyalı həbçilərin Ukrayna şəhərləri və kəndlərində törətdiyi vəhşiliklərdən sonra burada insanlar Rusiyaya qarşı yalnız nifrət hiss edirlər.

“Mən bu mənzərələri görəndə - əlsiz və ayaqsız öldürülmüş uşaqlar - dəhşətə gəlirəm”, - Ukrayna prezidenti deyib.

Zelenski etiraf edib ki, artıq ağlaya bilmir və artıq əvvəlki insan ola bilməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ