Avropa Komissiyasının Prezidenti və Aİ-nin ali nümayəndəsi Kiyevdədir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreli və Slovakiyanın Baş naziri Eduard Xeqer Ukraynada səfərdədir.

Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. 

“Biz Urusla fon der Lyayenlə artıq Ukraynadayıq. Prezident Volodimir Zelenski və hökumət başçısı Denis Şmıqalla görüşdə Ukraynaya yardımla bağlı konkret təkliflər təqdim edəcəyəm”, - E.Xeqer bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ