Ukrayna Prezidenti Vladimir Zelenski yeni videomüraciət yayımlayıb. Orada o, xüsusilə qeyd edib ki, Rusiya hərbçiləri cinayətlərini gizlətmək üçün öldürülən mülki şəxslərin cəsədlərini çıxarır.
“Siz hələ Mariupolda nə etdiklərini görməmisiniz. Orada, demək olar ki, hər küçədə dünyanın Buçada gördüyü şeylər var”, - Zelenski bildirib.
Ukrayna prezidenti onu da əlavə edib ki, Kiyev vilayətində rus hərbçilərinin bir neçə həftədir yerləşdiyi Borodyanka qəsəbəsində də çoxlu sayda mülki şəxs həlak olub.
Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb. “Əgər dünyada hər kəs biz ukraynalıların ən azı on faizi cəsarətinə malik olsaydı, o zaman beynəlxalq hüquqa heç bir təhlükə qalmazdı. Xalqların azadlığı üçün heç bir təhlükə olmayacaq”.