Buça qətliamının Rusiya tərəfindən törədilməsinin sübutu - VİDEO

“Meduza” portalı Kiyev vilayətinin Buça şəhərinin cənub hissəsinin drondan edilən çəkiliş görüntülərini əldə edib. Kadrlar Buçada insanların Rusiya qoşunlarının şəhərdən geri çəkilməmişdən əvvəl qətlə yetirilməsinin sübutudur.

Bəs bu görüntülərdə nə var?

Videoda Yablonski və bir neçə qonşu küçələrdə öldürülmüş insanların meyitləri görünür. Bu cəsədlər aprelin 1 və 2-də Rusiya qoşunlarının geri çəkildikdən sonra şəhərə daxil olan Ukrayna polisi və jurnalistlərin çəkdiyi görüntülərdə həlak olan insanların meyitləri eyni lokasiyadadır. Vacib qeyd ondan ibarətdir ki, ölənlərin hamısı təkcə eyni yerdə deyil, həmçini eyni vəziyyətdə qalıblar.

Meyitlərin yaxınlığında isə Rusiya desant hissələrinin hərbi texnikasına bənzər texnika görünür. 

Videonu “Meduza”ya Ukrayna tərəfindən döyüşən hərbçilər göndəriblər. Onlar iddia edirlər ki, öz dronları ilə Rusiya qoşunlarını daima izləyirlər.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Buçadan qoşunlarının 29-30 mart tarixində çıxardığını bəyan etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ