Peskov Rusiya qoşunlarının Ukraynada əhəmiyyətli itkilərindən danışdı

Rusiya Ukraynada əhəmiyyətli itkilər verib.

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sky News telekanalına müsahibəsində deyib.

“Bizim qoşunlar Ukraynada əhəmiyyətli itkilər veriblər, bu böyük faicədir”, - Kremlin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Ukrayna Baş Qərargahının məlumatına əsasən, Rusiya 24 fevraldan indiyə qədər 18.900 əsgər, 698 tank, 1891 hərbi zirehli maşın, 332 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarə, 135 helikopter, 1358 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq-sürtkü sisterni, 111 PUA, 25 xüsusi texnika və 4 operativ taktiki raket kompleksi itirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ