The New York Times yazır ki, o, bazar ertəsi sosial şəbəkələrdə Ukrayna hərbçilərinin yaralı rus əsgərlərini gülləməsi videonun həqiqiliyini müəyyən edə bilib. NYT yazır ki, video Kiyevin qərbində yerləşən kənddə çəkilib.
Bəzilərinin əli bağlı olub, yani əsir. Yaxınlıqda Moskvanın “xüsusi əməliyyat” adlandırdığı əməliyyatın simvollarından biri olan V simvolu olan BMD-2 zirehli maşını da var.
Ukrayna Müdafiə Nazirliyi daha əvvəl bu yerlərdə Rusiya karvanının məhv edilməsi ilə bağlı tvit yazıb. Martın 30-da Ukraynanın UNIAN agentliyi pusqunun videosunu yayıb. Bildirilib ki, əməliyyatı Gürcüstandan olan könüllülərdən ibarət “Gürcü legionu” həyata keçirib.
Ukrayna hakimiyyəti hələlik bu iddialara münasibət bildirməyib.