Rumıniyanın paytaxtı Buxarest şəhərində minik avtomobili Rusiya səfirliyinin hasarına çırpılıb.
Bu barədə məlumatı “Radio Romania” yayıb.
Məlumata görə, insidentə səbəb sürücünun idarəetməni itirməsi olub. İnsident Bakı vaxtı ilə təqribən 07:30-da baş verib.
Maşın hasara çırpıldıqdan sonra yanmağa başlayıb. Polisin məlumatına görə, sürücü həlak olub.
Hazırda hadisə yerində hərəkət məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır.