Rus əsgərlərinin Buçada vəhşiliyi - ANBAAN VİDEO

Rusiya hərbçiləri Kiyevin şimal-qərbindəki Buça şəhərini zəbt edərkən həyata keçirilən vəhşiliklərə dair artan sübutları əlavə edən yeni video ortaya çıxıb.

Videoda bir velosipedçinin Buça küçəsi ilə hərəkət etdib, döngəni döndərərək rus əsgərlərinin işğal etdiyi küçəyə doğru getdiyi görünür. Velosipedçi döngəni döndərən kimi rus zirehli maşını prospekt boyu bir neçə yüksək çaplı mərmi atır. İkinci zirehli maşın velosipedçinin olduğu istiqamətə iki mərmlə atəş açır. Hadisə yerindən toz və tüstü qatı qalxır.

Video Ukrayna hərbçiləri tərəfindən fevralın sonunda, Rusiya qüvvələri şəhəri hələ də saxladığı zaman çəkilmiş hava görüntüləridir. Bunu The New York Times müstəqil şəkildə təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ