Alt paltarına qədər oğurlayırlar - Rusiyalılar qətliamdan sonra şəhərləri talan edirlər - VİDEO

Aprelin əvvələrində “Belaruski Qayun” telegram kanalı məlumat verib ki, Qomel vilayətinin Mozır şəhərində rusiyalı hərbçilər evlərinə kuryer xidmətləri ilə xeyli bağlamalar göndəriblər. Telegram kanal ehtimal edib ki, rusiyalılar evlərinə Ukraynada oğurladığı əşyaları yollayırlar. Layihə hesab edir ki, rusiyalılar “Ukraynada oğurluğa və insanların ölümünə görə məsuliyyət daşımalıdırlar” və bu səbəbdən 16 hərbçinin ad və soyadını açıqlayıb.

Kanal qeyd edir ki, aprelin 1-də Mozırda Rusiyanın daşıma şirkətinin qarşısında RF SQ-nin hərbi Kamazları dayanıb və əsgərlər bağlamaları boşaltmağa başlayıblar. Şənbə günü səhər saatlarında isə hərbçilər artıq bağlamaları göndərməyə başlayıblar və bu hadisə poçt bölməsində yerləşən kameraya düşüb.

Bir gün sonra “Belaruski Qayun” telegram kanalı veb kamera ilə qeydə alınana üç saatlıq videonu yerləşdirib - iddia olunur ki, görüntülər aprelin 2-də saat 11:30-dan 15:00-a qədər çəkilib. Videoda otağın qutu və bağlamalarla dolu olduğu görünür, hərbi formada olan insanlar isə qablaşdırma ilə məşğuldurlar və daşıma xidmətinin işçilərinə öz məlumatlarını verirlər. Əşyalara arasında elektrosamokatlar, kondisionerlər, spirtli içkilər, avtomobil akkumulyatorları, həmçinin Ukraynanın “Episentr” ticarət mərkəzinin nişanları ilə əşyalar var.

Aprelin 4-də “Belaruski Qayun” 16 rusiyalının adını açıqlayıb, iddia olunur ki, onlar Rusiyaya 50-450 kiloqram (ümumilikdə iki tondan çox) yük göndəriblər. Hər bir adını qarşısında telefon nömrəsi, bağlamanın içində olan əşya və çatacağı məntəqə göstərilib. Siyahıya əsasən, bir çox bağlamada ehtiyat hissələri, alətlər, geyim, televizorlar olub. Həmçinin paylaşımda göstərilir ki, əşyalar arasında stol, balıq ovu üçün alətlər və çadır var idi. 
 
16 nəfərdən 11-i bağlamaları Altay vilayətində Rubçovsk şəhərinə göndərib. Burada əhalinin sayı 140 min nəfərdir. Şəhərdə Rusiya Qvardiyasının hərbi hissəsi yerləşir, və buradakı hərbi qulluqçular Ukraynada müharibədə iştirak edirlər. Həmçinin rəsmi məlumata görə, bu hərbi hissədən ən azı bir əsgər müharibədə ölüb.

“Belaruski Qayun” telegram kanalının məlumatına əsasən, rusiyalı hərbçilər bir neçə gün bağlamaları göndəriblər. 

Bununla yanaşı qeyd edilir ki, rusiyalılar Belarusun Mozır şəhərində xeyli məişət texnikası və kosmetika alıb evlərinə yollayıblar. “Zerkalo” nəşrinə açıqlamalarında onlar burada malların xeyli ucuz olduğunu bildiriblər. Lakin bu məişət texnikasının məhz Belarusda alınması bağlı suala hərbçilər “onlardan heç kimin çek istəmədiyini” deyiblər.

Öz növbəsində, “Mediazona.Belarus nəşri” Rusiyanın Bryansk vilayətinin Novozıbkov şəhərindən hərbçilərin evlərinə bağlamalar göndərdiyini müəyyənləşdiriblər.

Qeyd edək ki, “Belaruski Qayun” kanalının paylaşımları Buçadakı qətliamla üst-üstə düşüb. Martın sonrlarında Rusiya qoşunları buradan məhz Belarus ərazisinə geri çəkiliblər. Ukrayna rəhbərliyi evlərinə bağlamalar göndərən rusiyalıların məhz Buça və Kiyev ətrafındakı digər yaşayış məntəqələrində dinc sakinləri öldürən və onların evlərini talan edən hərbçilərin olduğunu iddia ediblər.

Rusiyalı hərbçilərin qarət və talan xəbərləri bütün müharibə boyu yayılır. Misal üçün, telefon danışığı zamanı bir rusiyalı hərbçi bildirib ki, yoldaşları Ukraynadan hər şeyi torbalarla daşıyır, özü isə az miqdarda “kosmetika, qadın idman ayaqqabısı və paltarı” götürüb. Ukraynalı məmurların sözlərinə görə, rusiyalılar Çernobıl AES-dən ehtiyat hissələri, nəqliyyat konteynerləri, məişət texnikası, servis və mətbəx əşyalarını oğurlayıblar.

Aprelin 5-də “The Guardian” nəşri 30 gün Rusiya işğalı altında qalan Sumsk vilayətinin Trostyaneç şəhərindən reportaj yayımlayıb. Şəhər sakinləri müxbirə danışıblar ki, rusiyalılar noutbukdan tutmuş alt paltarlarına qədər əşyaları götürürüblər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ