Müharibədə həlak olan Ukrayna əsgərlərinin ailələrinə 500 000 dollar ödəniləcək

Ukraynanın baş naziri Denis Şmıqal ölkənin müdafiəsində həlak olan ukraynalı hərbçilərin ailələrinə 15 milyon qrivna (500 min dollar) ödəniləcəyini bildirib.

Bu barədə baş nazirin müraciətində bildirilib.

Hökumət həlak olan hərbçilərin ailələrinə 15 milyon qrivna birdəfəlik ödəməyə qərar verib. Şmıqal onu da əlavə edib ki, hərbi vəziyyət zamanı bütün döyüşçülərə əlavə olaraq 30 min qrivna ödənilir.

Döyüş tapşırıqlarını yerinə yetirən əsgərlərə hər ay əlavə olaraq 100 min qrivna ödənilir.

Qeyd edək ki, Rusiya Federasiyası isə 12.4 milyon rubl (150 min dollar) sığorta verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ