Roman Abramoviç Türkiyə futbol klubunu aldı - İDDİA

Roman Abramoviç Türkiyənin “Göztepe” futbol klubunu alıb.

Bu barədə yerli D-Smart Spor nəşri yazıb. Sövdələşmənin bütün detalları razılaşdırılıb və bu barədə cümə günü rəsmi məlumat veriləcək.

Məsələ ilə bağlı superliqa komandalarından “Göztəpə” futbol klubu bəyanat yayıb.

Klub açıqlamasında rusiya əsilli milyarder Roman Abramoviçin İzmir klubunu alıb-almaması məsələsinə aydınlıq gətirib.

“Göztəpə”nin vitse-prezidenti Tələt Papatya, klubun rusiyalı iş adamı Roman Abramoviçə təhvil verilməsi xəbərini təkzib edib.
 
Abramoviç adının uzun müddətdir gündəmdən düşmədiyini bildirən Papatya, bununla bağlı hansısa görüşün keçirilmədiyini bildirib.

“Abramoviç klubu ələ keçirmək üçün heç kimə əl uzatmadı və görüşmədi. Belə bir şey yoxdur. Bu məsələlərlə bağlı danışıqlar müəyyən həddə çatanda lazımi izahatı verəcəyik”.

Qeyd edək ki, “Göztəpə” hazırda Türkiyə Superliqasında 31 oyundan sonra 27 xalla 18-ci pillədə qərarlaşıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ