NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Uesli Klark Rusiya Federasiyasının Ukraynadakı əsas məqsədinin Dnepr şəhəri olduğunu irəli sürdü.
“Sonra nə olacaq: Ruslar Dneprdən şimalda və cənubda olacaqlar. Növbəti əsas hədəf Dnepr olacaq. Əgər onlar Dneprə çata bilsələr, Donbasda separatçıları saxlayan Ukrayna qüvvələrinin qarşısını kəsəcəklər. Və bu, Rusiyanın növbəti vəzifəsidir - həmən qüvvələri məhv etmək. Bu, Ukrayna ordusunun əhəmiyyətli bir hissəsidir”, - təqaüddə olan general CNN telekanalının efirində bildirib.
Bunun baş verməməsi üçün Klark Ukraynaya təkcə Stingers və Javelins deyil, ağır silahların verilməsinə çağırır.
Eyni zamanda, general etiraf edib ki, ABŞ-ın Ukrayna üçün belə avadanlıqları yoxdur və Şərqi Avropa ölkələri bunu təmin etməlidir.