The New York Times Buçadakı qətliamda Rusiyanı ifşa etdi - VİDEO

New York Times küçələrdə onlarla ölü mülki şəxsin cəsədinin tapıldığı Ukraynanın Buça şəhərinin peyk görüntülərini dərc edib.

Jurnalistlər “Maxar Technologies” şirkətinin martın ortalarından etibarən çəkdiyi şəkilləri təhlil edərək belə qənaətə gəliblər ki, sakinlər üç həftədən çox əvvəl, şəhər hələ də Rusiya hərbçilərinin nəzarətində olduğu vaxt öldürülüb.

Belə ki, martın 9-dan 11-dək olan müddətdə Yablonska küçəsinin şəkillərində insan bədəni ölçüsündə ən azı 11 qaranlıq obyekt peyda olub və üç həftə orada qalıb. Onların yeri aprelin 2-də Ukrayna hərbçiləri tərəfindən çəkilmiş videodakı insanların cəsədləri ilə tamamilə üst-üstə düşüb.

Jurnalistlər üç nəfərin cəsədini əks etdirən Yablonskayadan başqa bir videonu peyk görüntüləri ilə müqayisə edərək, onların martın 20-dən 21-dək küçədə göründüyünü aşkar ediblər.

Kiyevətrafı Buçada dinc əhalinin qətliamı aprelin 2-də Rusiya hərbçilərinin getməsindən sonra Ukrayna ordusunun şəhəri nəzarətə götürməsi ilə məlum olub. Ukrayna prezidenti yerli sakinlərin ölümündə rus əsgərlərini günahlandırıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi ölənlərin video və şəkillərini “təxribat” və “Qərb mediası üçün Kiyev rejiminin səhnələşdirilməsi” adlandırıb. Agentliyin məlumatına görə, rus hərbçiləri martın 30-da şəhəri tərk edənə qədər Buçanın heç bir yerli sakini “heç bir zorakılıq hərəkətindən əziyyət çəkməyib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ