Bayden dünyanın ən təhlükəli adamının adını açıqladı

ABŞ prezidenti Co Bayden mediamaqnat Rupert Merdoku (Rupert Murdoch) dünyanın ən təhlükəli insanı adlandırıb.

Buta.media-nın xəbərinə görə, bu barədə “CNN” telekanalı “New York Times” qəzetinin müxbirlərinin may ayında dərc ediləcək “This Will Not Pass: Trump, Biden, and the Battle for America's Future” (“Bu keçməyəcək: Tramp, Bayden və Amerikanın gələcəyi uğrunda döyüş”) adlı kitabına istinadən məlumat yayıb.

Kitabın müəllifləri qeyd edirlər ki, Bayden Merdoku “dünyanın ən təhlükəli insanı hesab edir”. Onlar iddia edirlər ki,  ABŞ prezidenti bu barədə 2021-ci ildə adı açıqlanmayan köməkçisi ilə söhbət zamanı deyib. Bundan əlavə Amerika lideri mediamaqnatın oğlu Laklan Merdokun rəhbərlik etidyi “Fox News” telekanalını “ABŞ-da ən dağıdıcı qüvvələrdən biri” adlandırıb.

“CNN” jurnalistlərinin fikrincə, Baydenin sözləri geniş ictimai müzakirəyə səbəb olacaq, belə ki, bundan əvvəl ABŞ prezidenti heç vaxt “Fox News” telekanalı və onun təsisçiləri barədə fikir səsləndirməmişdi.

Qeyd edək ki, “Fox News” ABŞ-da hər iki seçkilərdə keçmiş prezident Dondald Trampı dəstəkləyən yeganə ümummilli Amerika mətbuatı idi.

Rupert Merdok avstraliya əsilli amerikalı iş adamıdır. O, “News Corporation” media şirkətinin sahibi, baş direktoru (1979-cu ildən) və idarə heyətinin sədridir (1991-ci ildən). Merdokun nəzarətində ABŞ, Böyük Britaniya, Avstraliya və digər ölkələrdə KİV-lər, kino şirkətləri və nəşriyyat evləri var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ