Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya müharibəyə yollanan növbəti könüllü qrupu göstərib.
Buta.media-nın xəbərinə görə, müvafiq görüntüləri o öz Telegram kanalında yerləşdirib.
“Biz rusiyalıyıq. Biz din, millət kimi bölünmürük. Bizim müqəddəs gücümüz, tariximiz birliyimizdədir”, - Kadırov yazıb.
Bundan əvvəl Çeçenistan rəhbəri Mariupolda döyüşlərin görüntülərini yayıb.