Xarkovada rusiyalıları zəhərli piroqlara “qonaq ediblər” - İki hərbçi ölüb

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində yerli sakinlərin rusiyalı hərbçiləri zəhərləməsi nəticəsində ən azı iki hərbi qulluqçu ölüb, daha 28 nəfər isə reanimasiyaya yerləşdirilib.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Ukraynalılar bütün mümkün vasitələrlə müqavimət göstərirlər. Bizdə olan məlumata görə, İzyumda yerli sakinlər Rusiya SQ-nin 3-cü motoatıcı diviziyasının hərbçilərini zəhərli piroqlara “qonaq ediblər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bundan əlavə həmin diviziyanın daha 500 hərbçisi naməlum tərkibli spirtli içkidən zəhərlənərək hospitala yerləşdiriliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ