Öz gözlərimlə gördüm - Zelenski qətliamın baş verdiyi Buçada - FOTO

Ukrayna prezident Vladimir Zelenski Kiyev vilayətində yerləşən Buçaya gedib.

Buta.media xəbər verir ki, Zelenski Buçada sıradan çıxarılmış Rusiya texnikalarının olduğu yola baxış keçirib və yerli sakinlərlə söhbət aparıb.

“Mən öz gözlərimlə Buçanı, İrpeni gördüm. Biz onları ən qısa zamanda həyata qaytarmaq üçün əlimizdən gələni edəcəyik”, - Zelenski öz Telegram kanalında yazıb.

Jurnalistlərə açıqlamasında Ukrayna prezidenti Rusiya ilə sülh sazişi ilə bağlı danışıqların davam etdirilməsinə hazır olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ