Kadırov “Azovstal”a hücumu göstərdi - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Mariupol şəhərində “Azovstal” zavoduna hücumun görüntülərini paylaşıb.

Buta.media xəbər verir ki, Kadırov videonu öz Telegram kanalında yerləşdirib.

Görüntülərdə Çeçenistan Xüsusi Təyinatlı Polis Dəstələrinin taktiki kvadrokopter sayəsində ukraynalı snayperin yerinin müəyyənləşdirdikləri göstərilir. 

“Hədəfin dərhal məhv edilməsi qərara alınıb və yerinə yetirilib”, - Kadırov yazıb.

Qeyd edək ki, aprelin 2-də Çeçenistan rəhbəri Mariupolda zavoda hücumun başlaması barədə xəbər verib. Bundan əvvəl o, “Azovstal”da olan ukraynalı hərbçilərə müraciət edərək onlara təslim olmaq üçün bir gün vaxt verib.

“Mən söz verirəm ki, təslim olanlara heç kim əl vurmayacaq. Sizin sabah bir gün vaxtınız qalıb, sonra isə biz sizi məhv edəcəyik”, - Kadırov yazmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ