Rusiyada yeni avtomobillərin qiymətləri 40% artıb

Rusiyada avtomobil dilerləri tərəfindən satılan yeni avtomobillərin qiyməti 2022-ci ilin mart ayında orta hesabla 40% artıb, - bunu Kommersant qəzeti öz dilerlər arasında apardığı sorğunun nəticələrinə və Avtostatın məlumatlarına istinadən yazır.

Rusiyada saytlarından qiymətləri silməyən 26 avtomobil istehsalçısı üçün avtomobillər 35-45% bahalaşıb. Eyni zamanda, bəzi idxalçılar və distribyutorlar valyuta məzənnəsinin qeyri-sabitliyi və qiymət siyahılarına tez-tez yenidən baxılması zərurəti ilə əlaqədar olaraq pərakəndə satış üçün tövsiyə olunan qiymətləri öz saytlarından yığışdırıblar.

Mart ayında AvtoVAZ Lada avtomobillərinin qiymətini model və konfiqurasiyadan asılı olaraq iki dəfə, 11-47% artırıb. Ən populyar xarici avtomobil Kia 24-39% bahalaşıb. Ən çox premium sinif avtomobillərin qiyməti orta hesabla 50-60% artıb.

İndiyədək dilerlərin anbarları boş olmayıb, lakin bahalaşma və əhalinin real gəlirlərinin aşağı düşməsi səbəbindən tələbat artıq azalıb - avtosalonların hərəkəti minimaldır. Bəzi dilerlər mart ayında satışların 60% azalmasından danışır və bunun daha da pisləşəcəyini gözləyirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ