Litva Aİ-də Rusiya qazından imtina edən ilk ölkə oldu

Litva Aİ-də Rusiya qazından tamamilə imtina edən ilk ölkə oldu. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, Litvanın qaz nəqli sistemi aprelin 1-dən Rusiya qazı idxalı olmadan işləyir. Litvada bütün tələbat Klaypeda mayeləşdirilmiş təbii qaz terminalı tərəfindən ödənilir.

“Bu, uzunmüddətli ardıcıl enerji siyasətinin və vaxtında infrastruktur qərarlarının nəticəsidir”, - deyə energetika naziri Dainius Kreivis şərh edib.

Litva ərazisindən tranzit keçən qaz Kalininqradın ehtiyacları üçün nəql olunmağa davam edir, lakin adi haldan fərqli texniki rejimdə, yalnız tranzit üçün lazım olan qaz miqdarının ötürülməsini təmin edir.

Avropada Rusiya qazından imtina Ukraynada müharibə başlayandan sonra aktiv şəkildə müzakirə olunmağa başladı. Martın sonunda G7 ölkələri Rusiyanın enerji resurslarını almağı dayandırmağa hazır olduqlarını elan etdilər və qaz və neft hasil edən digər ölkələri “məsuliyyətli davranmağa və beynəlxalq bazarlara tədarükləri artırmağa” çağırdılar. G7 Rusiya yanacağından asılılığını azaltmaq istəyən digər ölkələri də dəstəkləyəcəklərini bildirib.

Ümumilikdə Avropa təbii qazın 40%-dən çoxunu Rusiyadan alır. Almaniya digər ölkələrlə müqayisədə Rusiya qazından daha çox asılıdır - Rusiya Federasiyasından gələn yanacağın payı 50% təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ